“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Mars” adlı itinin qulaqlarını kəsdirdi

21-12-2018


Aktyor Kıvanç Tatlıtuğ “Mars” adlı itinin qulaqlarını kəsdirməsi ilə bağlı iddialara sərt cavab verib. 

Mtv.az xəbər verir ki, Emre Ercişin sosial şəbəkədə yaydığı bu iddiaya əvvəlcə aktyorun arvadı Başak Dizer, sonra da özü açıqlama yayıb. 

Başak itin balaca olanda qulağının o formada onlara verildiyini söyləyib. 

Tatlıtuğ isə heyvanlara şiddət göstərmə məsələsində adının hallanmasına əsəbiləşib: "Adımı belə bir hadisədə hallandırmağı sizə yaraşdırmadım. Heç kimə sosial şəbəkədə cavab vermərəm. Amma mövzu heyvanlar olanda susmaram. Qanuna əsasən "American Staffordshire Terrier" cinsindən olan itlərin bəslənməsi və baxılması qadağan deyil. Qucağımızdakı 3 aylıq balaca itin Mars olduğunu iddia etdiyiniz fotodakı heyvanın öz itimlə heç bir oxşarlığı yoxdur. Marsın üzündə ağ rəng yoxdur. Bu iti bir müddət saxladım. Amma qulağı kəsik formada bizə verilib. Sonra isə aldığım insanlara geri verdim. Biz nərdivan altından işlər görmərik. İtin qulaqlarını mənim kəsdiyimi iddia etdiniz. Bunu sübut edəcək biri çıxsın, açıqlasın. Sübut etsəniz, aktyorluğu ataram". (Axşam.az) 

760 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23