Müğənni “Müslüm” filmindən pul qazandı

“Müslüm” filmində sənətçi Müslüm Gürsesin gənclik illərini canlandıran aktyor, müğənni Şahin Kendirci bir neçə açıqlama verib.
Mtv.az xəbər verir ki, o, filmdən 30 min lirə (təxminən, 10 min AZN) qazandığını deyib.
Verilişə Şahinlə birgə Gürsesin xanımı Muhterem Nur da qatılıb.
O, filmlə bağlı bunları söyləyib: “Mən bu hekayəni başqa bir prodüserə tapşırmışdım. Onunla 300 min lirə qarşılığında razılaşmışdım. Bu mövzunun niyə bu qədər uzandığını anlamadım. Mənim bu filmdən maddi nəsə tələb etməyim düzgün deyil”.
Ardınca filmin hazırki prodüseri proqrama zəng edib və hər kəsin zəhmətinin qarşılığını aldığını deyib: “Hər kəs haqqı olanı aldı. Buna görə də hər şeyin çox ədalətli olduğunu düşünürəm. Əziyyətə hörmət edən biri olaraq böyüdülmüşəm. Bu danışılanlar mənə pis təsir edir. Müslüm Gürsesi bütün Türkiyə gördü və üzr istədi. Hər kəsə təşəkkür edirəm”. (Axşam.az)
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
