“Uzundıraz” filmi kinofestivalın qalibi oldu
Səmra Rəhimli “Jara”nı sevir
Elnur Məmmədov saxtakarlıqla üzləşdi
Caz ifaçısı səhnədə türk qəhvəsi içdi

Facebook instagram Twitter Youtube
FİLM

“Şollerin arxivi” festivalda sertifikat aldı

24-11-2018


“Şollerin arxivi” filmi Fransanın Kann şəhərində keçirilən “Mediterranean Film Festival Cannes 2018” festivalında kinematoqrafiyada mükəmməllik sertifikatı alıb.

Mtv.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O bildirib ki, ekran əsəri noyabrın 25-də birincilik uğrunda nümayiş etdiriləcək. Festival, əsasən, Latın Amerikası film sənətçilərinə həsr edilib, lakin buna baxmayaraq, “Şollerin arxivi” festivalın rəsmi seçim siyahısına salınıb.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Şirzad Pirallahı, aktyorlar Rövşən Kərimduxt, Ramiz Vəliyev və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

776 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun
























25 İyun