"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
FİLM

“Üç üz” filminin premyerası olacaq

15-11-2018


Noyabrın 16-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən zalında dünya şöhrətli iranlı kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin premyerası olacaq.

Muztv.az xəbər verir ki, ekran əsəri IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində kinosevərlərə təqdim olunacaq. Ekran əsəri patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir.

Filmdə həyatının müxtəlif etapını yaşayan üç iranlı aktrisanın portreti yaradılıb. Onlardan biri karyerasını yarımçıq başa vurub, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə tanınmış aktrisa olmaq arzusundadır. Amma mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Ekran əsərində əsas rolları İranın tanınmış aktrisası Bəhnas Cəfəri və kinorejissor Cəfər Pənahinin özü ifa edir.

Filmdə Azərbaycan dilinə geniş yer verilir. Film, Kann, Berlin, Venesiya, Lokarno kimi nüfuzlu film festivallarında iştirak edərək müxtəlif mükafatlar qazanıb.

Noyabrın 14-dən 17-dək davam edəcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi də təşkilati dəstək qismində festivalda iştirak edəcəklər.

844 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr