Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Əbədi Ezamiyyət” filmi Los-Anceles göstərildi - foto

12-11-2018


Kaliforniyanın Los-Anceles şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib.

Muztv.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun dəstəyilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın baş prodüseri olduğu, 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun Los-Ancelesin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində keçirdiyi tədbirdə seçkili orqanların nümayəndələri, xarici ölkələrin baş konsulları, müxtəlif icmaların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol bu cür mühüm tədbirə ev sahibliyi etdiklərindən məmnun olduğunu bildirib.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulu və Los-Anceles konsulluq korpusunun duayeni Nəsimi Ağayev çıxışında 100 il əvvəl, 1918-ci il 28 may tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan Xalq Cümhuriyyətini yaratdığını qeyd edib. Bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü bildirib.

Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib.

“Əbədi Ezamiyyət” filmi haqda məlumat verən N.Ağayev ilk azərbaycanlı diplomatların ölkəmizin müstəqilliyinin tanıdılması sahəsində göstərdikləri fədakarlıqları yüksək peşəkarlıqla tamaşaçıya çatdıran bu filmin böyük sənət əsəri olduğunu qeyd edib.

Daha sonra premyerada iştirak etmək üçün Los-Ancelesə gəlmiş Vayominq ştatının senatoru Leland Kristensen çıxış edərək belə bir yüksək önəmli tədbirdə iştirakından məmnunluğunu bildirib. Azərbaycan-ABŞ dostluğunu və tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edən senator Azərbaycanın regionda və dünyada mühüm rol oynadığını və iki dövlət arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümid etdiyini bildirib.

Sonra “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib. Bu, filmin ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.

Nümayişdən sonra tanınmış amerikalı pianoçu, Yuta Universitetinin professoru Suzan Duelmayerin ifasında Azərbaycan musiqisinin nümunələri təqdim olunub. Qonaqlar, həmçinin Azərbaycan mətbəxinin müxtəlif ləziz təamları ilə tanış olublar. (Azərtac) 













922 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr