Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
FİLM

Bakıda “START” Festivalı keçiriləcək

06-11-2018


Bakıda noyabrın 14-17-də Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, Gənclər Fondunun təşkilatçılığı ilə IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Muztv.az xəbər verir ki. festivalın Təşkilat Komitəsindən bildirilib ki, bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda təşkilatı dəstək qismində iştirak edir.

Əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən 490 film göndərilib.

Festivalın Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 film yarışacaq. 72 film Beynəlxalq, 28 film isə Yerli müsabiqədə “Qızıl nar” uğrunda mübarizəyə qoşulur.

Təşkilat Komitəsi Beynəlxalq müsabiqədə yarışacaq filmlərin keyfiyyət səviyyəsini nəzərə alaraq nominasiyaların sayını artırıb.

Beləki, qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları ilə yanaşı “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru”, “Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə seçiləcək.

Beynəlxalq müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Festivalda ilk dəfə reallaşan “Cinemobil” - telefonla çəkilmiş film müsabiqəsinə təqdim olunan 15 filmdən yalnız 3-ü onlayn səsverməyə çıxarılacaq. Təqdim olunan 10 kino layihədən də 3-ü “Pitçinq”də müzakirə olunacaq.

Festival filmləri 14-17 noyabrda “Cinema Plus- 28 Mall” kinoteatrı və Nizami Kino Mərkəzində saat 12:00- dan 16:00-dək nümayiş olunacaq. 

881 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr