"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
FİLM

Əməkdar artistin qızı Türkiyədə filmə çəkilir - foto

23-10-2018


Xərçəng xəstəliyindən dünyasını dəyişən Əməkdar artist Xanım Qafarovanın 11 yaşlı qızı Gövhər Türkiyədə filmə çəkilir.

Muztv.az.az yerli mətbuata istinadla xəbər verir ki, aktrisanın qızı Mahsun Qırmızıgülün rejissoru olduğu “Mucize 2” filmində rol alır. Artıq filmin çəkilişlərinə start verilib.

Xatırladaq ki, Gövhərin filmə çəkilməsi iş adamı Mübariz Mənsimovun xahişi ilə baş tutub. O, Gövhərin filmə çəkilmək arzusundan xəbərdar olduqdan sonra bu addımı atıb.

“Mucize 1” filminin sujet xəttini 1960-cı ildə Mahir adlı bir müəllimin İzmirdən şərq rayonlarının birinə təyinat alması və burada üzləşdiyi hadisələr təşkil edir. Film fiziki məhdudiyyətli insanların həyata inteqrasiyasında yaranan çətinliklərdən bəhs edir. Məlumata görə, “Mucize 2” filmi birinci filmdəki hadisələrdən yeddi il sonra baş vermiş əhvalatla bağlı olacaq. Filmdə Əziz adlı fiziki məhdudiyyətli bir gəncin Mahir müəllim sayəsində dəyişən həyatı və bu istiqamətdə yaşanan digər hadisələrə işıq salınacaq.





827 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr