Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
FİLM

Bakıda Avropa Film Festivalı başladı 

11-10-2018


Oktyabrın 10-dan 21-dək “Park Cinema”da keçirilən 9-cu Avropa Film Festivalıı çərçivəsində “Vəhşi Amsterdam” sənədli filmi nümayiş olunub.

Muztv.az xəbər verir ki, festival çərçivəsində 17 Avropa İttifaqı ölkəsindən - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq, eləcə də Norveç və Azərbaycandan 19 film nümayiş olunacaq. Filmlər seçilərkən bütün kinosevərlərin marağı nəzərə alınıb.

Ötən illərdə olduğu kimi yenə də festival iştirakçıları Avropa kino industriyasının ən son yenilikləri ilə tanış olacaq, Avropanın aparıcı film rejissorları ilə keçiriləcək ustad dərsləri və müzakirələrdə iştirak etmək imkanı qazanacaqlar. Festivalın qonaqları sırasında rejissura, kamera, montaj və ssenari sahəsində 30 ildən artıq təcrübəsi olan Hollandiyanın film rejissoru Mark Verkerk və uğur qazanmış natura filmlər silsiləsinin quruluşçu rejissoru İqnas van Şaik, Bolqarıstanın film və televiziya seriallarının ssenaristi Teo Çepilov və Litvanın məşhur sənədli film rejissoru Arunas Matelis kimi tanınmışlar yer alıb.

Xatırladaq ki, tədbirlər ictimaiyyət üçün açıqdır.

 

620 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr