Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
FİLM

Bakıda litvalı rejissorun çəkdiyi filmin təqdimatı olub - foto

10-10-2018


Nizami Kino Mərkəzində litvalı rejissor Arunas Matelisin ekranlaşdırdığı “Möhtəşəm uğursuzlar: Fərqli dünyalar” (Wonderful losers: A different world) filminin təqdimatı olub.

Muztv.az xəbər verir ki, Kann film festivalında nümayiş olunan ekran əsərinin oktyabrın 9-da Bakıda təqdimatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Filmin təqdimatından əvvəl Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək ölkəmizdə belə ekran əsərlərinin təqdimatını yüksək qiymətləndirib. Ekran əsərinin bir sıra festivallarda, o cümlədən Kann film festivalında maraqla izlənildiyini deyən Xalq artisti filmin ölkəmizdə kinosevərlərə təqdim edilməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Şəfiqə Məmmədova, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin quruma üzv ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi 9-cu Avropa Film Festivalına gələn Arunas Matelisin ölkəmizdə olmasından və belə bir ekran əsərinin Bakının ən aparıcı kinomərkəzlərindən birində nümayişindən məmnunluğunu ifadə edib və rejissora yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Hər kəsi salamlayan A. Matelis deyib: “Mənə bir rejissor kimi film barədə danışmaq çox çətindir. Ekran əsərinə tamaşaçılar qiymət verəcək. 8 il ərzində çəkilən bu film artıq “Oskar”a təqdim olunub. Uşaqlıqdan velosipedçi olmaq istəyirdim, çəkilişlərdə hər şeyin şahidi oldum. Bu filmi araşdırmağa başlayanda gördük ki, mövzuya sonuncu dəfə 1973-cü ildə toxunulub. Biz 5-8 il ərzində filmi çəkmək üçün razılaşmalar apardıq. Bu film velosport barədədir. Yarışlarda iştirak edən 95 faiz idmançı öz həyatını digər insanlara - qalib olanlara qurban verir. Biz İtaliyada film çəkilişlərinə razılıq əldə etmək üçün icazə aldıq. Bu barədə bütün media yazdı. Bu film qaliblər barədə deyil, əksinə, onlara kömək göstərən insanlar haqqındadır”.

Son 3 il ərzində yeni nəsil rejissorların formalaşdığını söyləyən litvalı kinorejissor deyib ki, daha çox klassiklərin tərəfdarıdır. “Yeni nəsil litvalı rejissorların çəkdiyi filmlər beynəlxalq festivallarda iştirak edir. Bu film də Litvaya aiddir. Ekran əsəri beynəlxalq festivala hazırlandığı üçün subtitrlər ingilis dilindədir. 2017-ci ildə ekranlaşdırılan film Litva, Belarus, Estoniya, İtaliya və Polşada müxtəlif beynəlxalq festivalların laureatı olub”,- deyə rejissor vurğulayıb.

Sonra kinosevərlər ekran əsərinə baxıblar. (Azərtac) 











602 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr