Ajda Pekkana gənc müğənni eşq elan etdi
Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  

Facebook instagram Twitter Youtube
FİLM

Beynəlxalq Boğaziçi Film Festivalı keçiriləcək

14-09-2018


Beynəlxalq Boğaziçi Kino Dərnəyi və İstanbul Media Akademiyası tərəfindən təşkil olunan altıncı Beynəlxalq Boğaziçi Film Festivalında qalib ekran əsərlərinə üç yeni mükafat veriləcək.

Muztv.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, festivalın “Milli tammetrajlı film yarışması”ndakı filmlərdən birinin prodüseri, Film Prodüserləri Peşə Birliyi (FİYAB) tərəfindən veriləcək xüsusi mükafat da qazanacaq. Bundan başqa, digər iki ekran əsərinə 50 min lirə dəyərində mükafat təqdim olunacaq.

Qeyd edək ki, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi, Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu festival tanınmış aktyor Robert Redfordun rol aldığı “Qoca və Silah” (The Old Man end The Gun) filmi ilə açılacaq. Devid Loverynin ekranlaşdırdığı filmdə R.Redfordla yanaşı, bir sıra tanınmış aktyorlar da rol alır. 70 yaşlı Forrest Takerin gerçək həyat hekayəsindən götürülən film Türkiyədə ilk dəfə göstəriləcək.

Festival oktyabrın 26-dan noyabrın 3-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək.

464 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18






































17