Ajda Pekkana gənc müğənni eşq elan etdi
Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  

Facebook instagram Twitter Youtube
FİLM

Bakıda “Saşa dayı” filmi göstəriləcək

11-09-2018


“YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Aleksandr Qordonun “Saşa dayı” adlı ekran əsəri nümayiş olunacaq.

Muztv.az xəbər verir ki, sentyabrın 12-də göstəriləcək xronometrajı 92 dəqiqə olan ekran əsəri vaxtilə uğurlu sənətkar olmuş, indi isə hamının acığına özünün bağ evində sonuncu filmini çəkən rejissor haqqında Çexovsayağı bir hekayədir. Qəribə qonaqlar, özlərinə vurğun aktyorlar, əcaib qonşular və rejissorun özü – bunlar müəllif istehzası üçün, bəzən həm də acı gülüş üçün əsasdır. Film rus dilində nümayiş olunacaq.

Aktyor, rejissor, prodüser və ssenarist kimi tanınan rejissor 2001–2003-cü illərdə NTV kanalında “Qordon” verilişini aparıb. 2002-ci ildə atası Harri Qordonun ssenarisi əsasında “Öz inəklərinin çobanı” adlı bədii film çəkib. Bu film Rusiyada IX “Ədəbiyyat və kino” kinofestivalında münsiflər heyətinin “Ən yaxşı rejissor debütü” prizini qazanıb. 2004-cü ilin mart ayında Aleksandr Qordonun quruluşunda "Müasir pyes məktəbi”nin səhnəsində F.M.Dostoyevskinin “Cinlər” romanı əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.

426 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18






































17