Mənzurə Musayeva üç il əvvəl ayrılıb
Model şəkilləri ilə gündəmə gəldi
Elza Seyidcahanı kim əsəbləşdirdi?
Aşıq Samirə görünüşünü dəyişdi

Facebook instagram Twitter Youtube
FİLM

“Fəlakət” kinokomediyasının çəkilişi başa çatıb – foto

20-06-2018


İlin ən gözlənilən, absurd və sürpriz komediyasının çəkilişləri sona çatıb.

Muztv.az xəbər verir ki, öz yaratdıqı obrazı milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında “FƏLAKƏT” kinokomediyası tamaşaçılara təqdim olunacaq.

Solo olaraq, sırf Fəlakətin iştirakı olan kinokomediyanın çəkilişləri 2018 ci ilin Mart-Aprel aylarında həyata keçirilib. Bu dəfə Fəlakətin yanında ənənəvi dostlarını görməyəcəksiniz.

Çünki “Fəlakət” onları hələ tanımır. “Fəlakət” gözəl, rənagarəng və maraqlı qonşularının ətrafında, sevimli məhəlləsində sakit həyat tərzi sürür. Lakin bir gün bu məhəlləni bir iş adamı sökmək istəyir, o isə bu məsələyə birmənalı olaraq razı deyil. 

Fəlakətin sevimli məhəlləsində başına gələn gülməli hadisələrin gedişiyyatını tamaşaçılar kinoteatrlarda yalnız 2018 ci ilin payızında görə biləcəklər. Filmi ərsəyə gətirmiş ARTFİLMBAKU şirkətinin rəsmisi, filmin hələ montaj-səsləndirmə prossesində olduğunu bildirib.

Filmin Quruluşçu Rejissoru – Emil Quliyev, Quruluşçu Operatoru – Orxan Abbasov, quruluşçu rəssamı Arif Niftiyev, İcraçı və Kreativ prodüseri Azər Aydəmir, İkinci rejissoru Çingiz Həsənov, Baş prodüsseri isə Məmməd Məmmədovdur.

Rollarda Elşən Orucov, Azər Aydəmir, Orxan Ata, Solmaz Süleymanlı, Tural Əzizov, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Taleh Yüzbəyov Ləman Mərrih, İqrar Salamov, Nahid Kərimli, Zaur Baliyev, Nəsibə Eldarova və başqaları çəkiliblər.
 

















176 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Oktyabr






































16 Oktyabr