Günel ailə qurmamağının səbəbini açıqladı
Ebru Gündeş yeni görkəm aldı - foto
Hollivud ulduzu istirahətini övladları ilə keçirdi - foto 
Firuzə İbadova xatirələrini bölüşdü

Facebook instagram Twitter Youtube
FİLM

Bakıda Animasiya Festivalı keçiriləcək

11-06-2018


Bakıda oktyabrın 19-dan 21-dək Animafilm I Beynəlxalq animasiya festivalı keçiriləcək.

Muztv.az verir ki, ilk mövzusu “Azərbaycan animasiyası” olan festivala “Ən yaxşı qısametrajlı animasiya filmi”, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi”, “Ən yaxşı animasiyalı sosial çarx”, “Ən yaxşı animasiyalı reklam”, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyaları üzrə müsabiqəyə başlanılıb.

Festivalda iştirak etmək üçün 22 ölkədən 84 müraciət daxil olub. Nominasiyaları dəyərləndirmək üçün tanınmış animasiya rejissorlarından, sənətşünaslardan ibarət iki beynəlxalq münsiflər heyəti yaradılıb, eyni zamanda “Tamaşaçı rəğbəti” mükafatı da təsis edilib.

Festival iştirakçıları müsabiqədənkənar proqramda Azərbaycan animasiyası tarixindən bəhs edən “Azərbaycan animasiyası” kitabının təqdimatında, tematik nümayişlərdə iştirak edə, retrospektivlərdə ən gözəl sənət nümunələri ilə tanış ola biləcəklər.

Festivalın proqramına sərgilər, konsertlər, yaradıcılıq gecələri və animasiya kinosu ilə bağlı digər tədbirlər daxil ediləcək.

148 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr


21 Noyabr