Əməkdar Artist Alanyada fotossessiya etdirdi 
Səmradan açıq-saçıq klip
Stilistin su altında maraqlı fotosessiyası 
Nəsrin Cavadzadə Türkiyədə eşq yaşayır - foto

Facebook instagram Twitter Youtube
FİLM

Azərbaycanlı aktyorların səsləndirdi “Taksi 5” filmi Bakıda nümayiş olundu – video

18-04-2018


Gənclik Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa istehsalı “Taksi 5” filminin nümayişi baş tutub.

Muztv.az xəbər verir ki, tədbirdə filmin dublyajında yer alan aktyorlar iştirak ediblər.   

Filmi Azərbaycan dilində Əlixan Rəcəbov, Vüsal Murtuzəliyev, Kəmalə Piriyeva, Mehin Hümbətova, Zümrüd Bədəlova, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Səid Nizami, Rövşən Məmmədli, Vüqar Hüseynov, Xətai Əli, Vüsal Mustafayev, Müşfiq Mirzəyev səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, ses operatoru Orxan Həsənli, tərcüməçi Qəmər Əfşani, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

MUZ TV Azərbaycan-a açıqlama verən dublyajın rejissoru Rövşən Məmmədli səsləndirmənin uğurlu olduğunu və seviləcəyini bildirib:

Rövşən Məmmədli: “Taksi” filmini bütün tamaşaçılar tanıyır. Şəhərimizdə də belə taksi var. Bu da həmin filmin növbəti uğurlarından biridir. Gözəl filmdir, baxmağa dəyər, xüsusən də Azərbaycan dublyajı ilə. Bu artıq üçüncü fransız komediyasıdır ki, biz səsləndiririk. Əvvəl ikisi çox uğurlu olub, bu filmin də möhtəşəm olacağına inanıram. Çalışırıq ki, tamaşaçıların tanıdığı, sevdiyi hətta tanımadı gözəl səslərdən istifadə edək. İndiyə kimi tamaşaçıların gördüklərindən daha fərqli iş ortaya qoymaq fikrindəyik. Sözügedən ekran əsərlərini səsləndirmək üçün bizdə kastinq elan olunur. Mən özüm həm də dublyaj aktyoruyam, bu sahədə xüsusi güvəndiyim insanlar var. Sənət adamlarını, aktyorları tanıyıram. Mənə müraciətlər də çox olur. Onları sınaq olaraq çağırıb yoxlayıram. Bir bazamız var ki, bilirəm kim nəyi bacara bilər. Əslində bu iş o qədər də çətin deyil. Hazırda “Qrinqo” filminin səsləndirməsi üzərində çalışırıq. İki günə bitirəcəyik. Tamaşaçılar tezliklə “Foks”un istehsalı olan bir filmi izləyəcəklər. Möhtəşəm filmdir, komediya deyil, dramadır ”.     

Ekran əsərini səsləndirən aktrisalardan biri Zümrüd Bədəlova da xoş təəssüratlarını bölüşüb. O, bundan sonra dram janrında olan filmlərə rol almaq istədiyini də dilə gətirib:

“İlk dəfədir, əcnəbi filmin dublyajında özümü sınayıram. Təklif də gözlənilməz oldu, amma çox maraqlıdır. Nə qədər əyləndim. Bu addım sevindiricidir, təqdirəlayiqdir. İstər türk, istərsə də xarici filmlər öz dilimizdə yayımlanır. Bundan sonra yenə dublyaj təklifi alsam, uça-uça gələcəm, xüsusən də mənə yaraşan bir rol olsaydı daha yaxşı olardı. Səsləndirmək üçün gərək rola girəsən, ona görə də aktrisalığım bu yolda mənə kömək edir.Bu işə komediya janrında olan filmlə başladım amma dram çox istərdim. Çətindir, yoxlamaq istərdim”.    

Xatırladaq ki, “Taksi 5”in rejissoru Franck Gastambidedir. Baş rolları Salvatore Esposito, Franck Gastambide və Sabrina Ouazani ifa edirlər.

Filmin süjet xəttinə görə, Marsel şəhərinin polis şöbəsinə keçirilən polis zabitinə güclü Ferrari avtomobillərində olan italyan oğru dəstəsini tutmaq həvalə olunur. Köməyə isə Danielin bacısının böyük qızı - əfsanəvi ağ taksidə dəhşətli sürücü gəlir.
 
Bununla bağlı süjetə aprelin 18-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.  

Lamiyə Balacayeva 

108 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 İyul








































19 İyul