Əməkdar artist həmkarlarını albom hazırlamağa səslədi
Cennifer Lopesin anasını yumruqla vurdular - foto
Adriana Lima və Metin Hara ayrılmadılar
Nəsrin Cavadzadənin geyimi diqqət çəkdi - foto 

Facebook instagram Twitter Youtube
FİLM

Bakıda növbəti qala gecəsi reallaşdı - tamaşaçılar “Qulyabani” üçün toplaşdılar - reportaj

09-02-2018


Azərbaycan istehsalı olan “Qulyabani” komediya filminin qala gecəsi reallaşıb.

Muztv.az xəbər verir ki, filmin baş prodüseri Xalıq Əli, quruluşu rejissoru Pərviz Həsənov, quruluşçu operatoru Orxan Məmmədov, ssenari müəllifi Əlibəy Məmmədli, bəstəkarı Rüstəm Zeynallıdır.

Əlibəy Məmmədli telekanalımıza açıqlamasında film barədə danışıb:

“Həmişə insanlarda belə bir düşüncə var ki, meşələrdə “Qulyabani” deyilən tüklü bir adam var. Yaradıcı heyət də əllərindən gələni etdilər ki, bu filmi çəkək. Mən Zaur obrazını canlandırmışam. Həyatda “çak-çuk” edən adamdır. Türkiyədən bir qız gəlir, əllərinə fürsət düşür, istəyirlər ki, o, qızı aldatsınlar.

Macəra komediyası janrında lentə alınan filmdə hadisələr tez-tez qulyabani peyda olan kənddə baş verir. Türkiyədən bu qulyabanini lentə almaq üçün gələn türk jurnalistlə onun azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir."


Ekran əsərində Xalq Artisti Firəngiz Mütəllimovanın bacısı qızı Gülarə Məmmədzadə də rol alıb. Sənətçi Gülarə üçün həyəcəanlı olduğunu bildirib:

“Mən çox həyəcanlıyam. Çünki mənim balamın ilk qala gecəsidir. Dörd yaşından bəri mənim yanımda reklama, filmə çəkilib. Sənətdə ilk addımlarını atır. Bütün kollektivə uğurlar arzulayıram.”

Tədbirdə ekran işinin aktyor heyəti, dəvət olunan qonaqlar və media nümayəndələri iştirak etdilər.

Bununla bağlı süjetə fevralın  9-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova
 

285 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti