Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Səidə Sultanın videosu qalmaqal yaratdı
Aktrisa 89 yaşında bikinidə - foto
Məşhur ulduz geyimi ilə təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Bəxt üzüyü 2”nin xeyir-duası alınıb - mətbuat konfransından reportaj

25-01-2018


Şəhər otellərinin birində “Bəxt üzüyü 2” filminin mətbuat konfransı reallaşıb.

Muztv.az xəbər verir ki, filmin aktyor və yaradıcı heyəti media əhlinin qarşısına çıxaraq sualları cavablandırıblar. Tədbirdə Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, Əməkdar artistlər Cabir İmanov, Tahir İmanov, rejissor Ənvər Mansurov, filmin icraçı prodüseri Mirsalam Mirsalamov ilə birgə filmin ssenari müəllifi Ələkbər Əliyev iştirak ediblər.

İyirmi yeddi il sonra 2-ci hissəsinə ekran həyatı verilən “Bəxt üzüyü”nün “Söylü”sü,  Xalq Artisti Afaq Bəşirqızı  illər ərzində yaratdığı obrazın xarici görünüşünün dəyişməsindən söz açıb:

“Cavanlıqda qoca idim, indi cavanlaşıram. Amma plastik əməliyyatsız…Əməliyyatı sermirəm. Aktyorun sənətə olan sevgisi, istəyi onu qocalmağa qoymur”.

Filmin ilk hissəsində “Moşu” obrazı ilə tamaşaçı rəğbətini qazanan aktyor Valeh Kərimov filmin 2-ci hissəsində də şair olmağa cəhd etdiyini vurğulayıb.

Hazırda səhhəti ilə bağlı problem yaşayan Xalq Artisti Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə ekranlaşdırılan “Bəxt üzüyü”nə yenidən ekan həyatı vermək üçün onun xeyir-duası alınmadığı ilə bağlı yayılan söz-sözhbətlərə Tahir İmanov aydınlıq gətirib:

“Biz onun ailəsi ilə görüşmüşük. Əslində, bu barədə danışmaq istəmirdim, sadəcə danışmağa məcburam. Xeyir-duasını almışıq”.

Xatırladaq ki, yanvarın 31-də “Bəxt üzüyü 2” filminin qala gecəsi keçiriləcək.

Bununla bağlı süjetə yanvarın 25-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova
 

390 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21












20