Cennifer Lopesin anasını yumruqla vurdular - foto
Adriana Lima və Metin Hara ayrılmadılar
Nəsrin Cavadzadənin geyimi diqqət çəkdi - foto 
Aktrisa boşanma xəbərini yalanladı 

Facebook instagram Twitter Youtube
FİLM

Kasıb gənclə əlil qızın sevgisindən bəhs edən “Mən Klounam” filminin təqdimatından reportaj+foto 

17-01-2018


Dram janrında çəkilən “Mən Klounam” filminin Bakıda qala gecəsi baş tutub.

Muztv.az xəbər verir ki, yanvarın 16-da baş tutan və çoxsaylı məşhurların axın etdiyi təqdimata filmin yaradıcı heyəti də qatılıb.

Ekran əsərinin ssenaristi və rejissoru Samir Qulamov, baş prodüseri Vüqar Təhməzovdur. Rollarda teleaparıcı-aktyor Şəhriyar Əbilov, Əjdər Zeynalov, şair Rəşad Kəsəmənli və Aynur Əbilova yer alıb.

MUZ TV Azərbaycan kanalına həyəcanlarını bölüşən baş rol ifaçıları Şəhriyar və Aynur xoşbəxt olduqlarını və rol aldıqları filmin dəyərləndiriləciyinə inandıqılarını deyiblər:

Şəhriyar Əbilov: “Bu gün Aynur və mənim üçün həyatımızda ən möhtəşəm gündür. Dostlarımız bizə görə sevinirlər. Maraqlı bir film alındı, klassik üslubda çəkilib, müasirliyi çalışmışıq ki, heç göstərməyək. Yalnız hisslər, sevgi danışıb. Filmin mesajı odur ki, insanlar maddiyata üstünlük verməsinlər. Sevgini seçsinlər. Böyük məbləğ xərcləməmişik deyə, seviləcəyinə əminəm. Ucuz komediya yeyilir, istəyirik ki, onların kommersiya dönəmi getsin”.

Aynur Əbilova: “Obrazım əlil, gənc bir qızın uğursuz sevgisindən, ailə həyatından bəhs edir. Ağır dramadır. Əminəm ki, tamaşaçılarımız tərəfindən böyük dəstək alacağıq. Son illərdə dram janrında filmlər çox çəkilir”.

“Mən Klounam”ın  rejissoru Samir Qulamov və baş prodüseri Vüqar Təhməzov filmin ərsəyə gəlməsindən və ssnearisindən danışıblar:

Samir Qulamov: ”Ekran əsəri biri-birilərini görmədən 7 ay telefonla danışan iki tənha adamın sevgisindən bəhs edir. Bir tərəfdə ailəsi dağılmış, kasıb bir həyat tərzi olan aktyor, əks tərəfdə isə fiziki qüsurlu bir qızdır. Biri-biriləri haqqında heç birinin məlumatı yoxdur. Onların görüşməyi böyük bir faciəyə səbəb olur”.

Vüqar Təhməzov: “Film iki il ərzində ərsəyə gəldi. Rejissordan təklif gəldi, dəyərləndirdik. Çəkilişlərin uzanmasına peşiman deyilik. Filmə çəkilən büdcə normaldır, əsas pul deyil, tamaşaçıya nəsə çatdırmaq istəyidir.Düşünürəm ki, alınıb”.

Filmdə əsas rollardan birini ifa edən aktyor Rəşad Kəsəmənli ekran əsərini qərb dramına bənzədərək uğurlu olduğunu etiraf edib:

“Filmdəki obrazım faciəvi şəkildə dağılmış ailənin üzvüyəm.  Atam, anam dünyasını dəyişib, bir qardaş, bir bacı qalmışıq. Bacım şikəstdir, özüm isə işsizəm. Fərqli bir ssenaridir. Bu tərz daha çox qərb dramına bənzəyir. Rolum ürəyimcə oldu, özümü filmdə tapa bildim. Yeni nəfəs idi. Uğurlu olduğuna tamaşaçılar qərar verəcək. Azərbaycan tamaşaçısını drama kökləməyin vaxtı çatıb”.

Təqdimata aktyorların yaxın dostları, sənət adamları da qatılaraq xoş təəssüratlarını bölüşüblər:

Murad Dadaşov: “İstedadlı bir insanlar bir araya gəliblər. Maraqlı film gözləyirəm. Kinoteatrlara gələn insanların əksəriyyəti komediya gözləyirlər, əminəm ki, dram da öz tamaşaçısını tapacaq. Bu, vacib addımdır”.

Manaf Dadaşov: “Dostlarımızdır, ilk işləri deyil ki, izləyirik. Hamıya uğur olsun”.

Anar Heybətov: “Uğurlar arzulayıram, bütün aktyor heyətini təbrik edirəm. Hamısı dostlarımızdır. Samir Qulamov tələbəlik dostumdur. Bu gün xəstə olsam da, gəldim”.

Ayaz Qasımov: “Filmin treylerini izləmişəm, diqqətimi çəkib. Bu ekran əsəri bütün sənət adamlarının həyatını əks etdirir. Uğura gedən yolda mütləq ki, maneələr var, bu özünü sənətçi həyatında da əks etdirir. Bu film də sənətçi həyatını göstərir. Uğurlar arzulayıram”.

Afaq Gəncəli: “Şəhriyar yaxın dostumdur. Onun potensialına bələdəm, ona görə də gözləntim çoxdur. Səhnədə onun aktyor kimi çox tərəflərini görmürük. O, istəsə peşəkar aktyorları da keçə bilər. Baş rolu ifa edir, ümidləri böyükdür. Bu gün burda olmasaydım özümə qəbahət bilərdim”.

Xatırladaq ki, filmin çəkilişləri iki il davam edib.

Bununla bağlı süjetə yanvarın 17-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva











499 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti