Gitara ifaçısının saçı səhnədə yandı 
Sevil-Sevinc bacıları imiclərini dəyişdilər
Sevgilisi Tubaya it hədiyyə etdi 
Hadise bacısı ilə barışdı

Facebook instagram Twitter Youtube
FİLM

“Çölçü” bu ayın “Ən yaxşı bədii filmi” seçilib

15-01-2018


 Azərbaycan istehsalı olun “Çölçü” filmi daha bir beynəlxalq mükafata layiq görülüb.  

Muztv.az Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, ekran əsəri bu ilin yanvar mövsümünün “Ən yaxşı bədii film”i mükafatını qazanıb. 

Mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kəlküttə şəhərində keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq mükafatlara layiq görülüb.

“Çölçü” filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Xatırladaq ki, “Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atasının vəfatından sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur.

199 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Fevral








17 Fevral