Əməkdar artist toya hazırlaşır
Alla Puqaçova 69 yaşında şortik geyindi - foto
Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Vaqif Mustafayev münsiflər heyətinə rəhbərlik edəcək

Facebook instagram Twitter Youtube
FİLM

Kann Festivalı üçün lentə alınan “Yerdə” filminin çəkiliş prosesindən reportaj – foto

08-01-2018


Azərbaycanlı aktyorlar bir yerə toplaşaraq Kann festivalı üçün film çəkiblər.

Muztv.az xəbər verir ki, “Yerdə” adlanan ekran əsəri 8-10 dəqiqədən ibarət qısametrajlı filmdir.

Filmin rejissoru Ramil Muradov, quruluşçu operatoru Ruslan Ağazadə, prodüseri isə Azər Həsənovdur.

Ekran əsərinə bir sıra Xalq artistləri, Əməkdar artistlər, eləcə də gənc və tanınan aktyorlar cəlb olunublar.

“Yerdə” iki mənanı ifadə edir. Müxtəlif təbəqələrdən olan insanlar yerdə gördükləri 6 və 9 rəqəmi üstündə mübahisə edirlər. Kimisi gördüyünü 6, kimisi isə 9 hesab edir. Elə olaylar da bundan sonra başlayır.

 Filmin rejissoru Ramil Muradov və prodüseri Azər Həsənov MUZ TV Azərbaycan kanalına ətraflı məlumat veriblər:

Ramil Muradov: “Film “Yerdə” adlanır. Qısametrajlı filmdir, buna baxmayaraq, Azərbaycanda olan ən məşhur kino aktyorları cəlb olunub. Onların potensialını yüksək qiymətləndiririk. Film iki mənanı ifadə edir və 28 aktyor rol alıb”.

Azər Həsənov: “İki həftə bundan öncə rejissor Ramil ssenarini təklif etdi. Baxdıq, dəyərləndirdik və belə qərara gəldik ki, ekranlaşdıraq. Təbii ki, bu, bir adamın işi deyil. Dostlarımızın da dəstəyi çoxdur. Filmə 1 həftə hazırlıq prosesi, 2 gün isə çəkiliş prosesi getdi. Gözləntimiz yaxşıdır. Rol alan bütün aktyorlar istedadlıdır. Ola bilər ki, film festivalda tanınmaya bilər amma aktyorların rollarının tanınmasını istəyirik”.

Xalq Artisti Hacı İsmayılov və Əməkdar Artist Əjdər Həmidov çəkilişlər barədə təəssüratlarını bölüşüblər:

Hacı İsmayılov: “Çox maraqlı filmdir. Rejissor mənə ssneari barədə danışanda çox xoşuma gəldi. Şablon olmayan bir mövzu var. Obrazım belədir ki, mən ev işlərinə baxan bir kişiyəm. Bazardan gəlirəm orada başıma iş gəlir, 6-9 rəqəmi üstündə mübahisə düşür, bir dəstə adam yığılır. Amma sən demə, nə 9-dur nə də 6. Onu təyin etməyi tamaşaçıların ixtiyarına buraxırıq. Gənc heyətlə işləmək çox xoşdur”.

Əjdər Həmidov: “Filmin çəkilişləri çox uğurla gedir. Bu ekran əsəri başqalarından dəsti xətti, üslubu ilə seçilir. Hamı həvəslə iştirak edir. Hər kəsə uğurlar arzulayıram ”.

Filmdə rol alan aktyor İslam Mehrəliyev və Elçin Muradov da obrazından söz açıblar:

İslam Mehrəliyev: “İndiyə kimi çəkildiyim filmlər ancaq kommersiya filmləri idi, yəni kinoteatrlar üçün nəzərdə tutulmuşdu. Təklif gəldi, dəyərləndirdim. İnşallah ki, uğurlu alınar. Böyük sənətkarlarla filmdə rol almaq mənim üçün vacibdir. Yerdə 6-9 yazılıb. İnsanlar biri 6, digərləri isə 9 deyirlər. Mən də nişanlımla ordan keçirəm. Nişanlım deyir ki, gəl görək nə deyirlər. Aramızda mübahisə yaranır. Birimiz 6,  digərimiz 9 deyirik. Fikirlərimiz düz gəlmir, ayrılırıq”.

Elçin Muradov: “Deyərdim ki, filmin süjet xətti fərqli və maraqlıdır. Hərənin öz baxışı ilə bağlıdır. Fikirləşirəm ki, tamaşaçılar da filmi seyr edəndə fərqli baxış bucaqları olacaq”.

Xatırladaq ki, filmin çəkilişləri iki gün davam edib.

Bununla bağlı süjetə yanvarın 8-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva 





















561 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21


































20