Aktrisa qızla öpüşərkən yaxalandı - foto
“Artım”da növbəti film təqdimatı olacaq
Alman model İtaliyada dincəlir - foto
Sibel Canın qızı Melisa Ural iş qadını olur

Facebook instagram Twitter Youtube
FİLM

“Tayson”un Bakıda reallaşan qala gecəsindən reportaj-foto

28-12-2017


Azərbaycan və İran istehsalı olan və komediya janrında çəkilən “Tayson” filminin qala gecəsi baş tutub.

Muztv.az xəbər verir ki, təqdimata filmin yaradıcı heyəti ilə yanaşı, bir sıra məşhur simalar da qatılıb.

MUZ TV Azərbaycan kanalına danışan filmin yaradıcı heyəti və aktyorlar təəssüratlarını bölüşərək obrazlarından, filmin çəkiliş prosesində başlarına gələn maraqlı əhvalatları bölüşüblər.

Ekran əsərinin prodüseri İlham Qasımov filmin adının məhz niyə “Tayson” qoyulmasından, baş rol ifaçılarından olan Elməddin Cəfərov qorxularından, Elşən Orucov fərqli obrazından, Zarina Qurbanova xarici görünüşündəki dəyişiklikdən, Kamran Ağabalayev isə əsl “Tayson”nun kim olduğundan söz açıb:

İlham Qasımov: “Bu simalara diqqətlə baxın, sizcə, bu film sevilməz? Bir prodüser olaraq belə düşünmüşdüm ki, əgər tamaşaçılar bu simaları sevirlərsə film də seviləcək. Filmin adını ona görə “Tayson” qoyduq ki, bu sualın cavabını soruşsunlar. İntriqa yaradırıq. Taysonun kim olduğunu isə filmdə görə bilərsiniz”.

Elmədddin Cəfərov: “Bunu rejissorumuz da təsdiqləyə bilər, ilk başdan heyvanlara qarşı fobiyam var idi, sonra pişiyə yaxın getdim, onu sığalladım amma sona kimi xoruz və itdən qorxdum. Özüm baytar olsam da, heyvanlardan qorxurdum. Hündürlükdən qorxuram, çəkilişdə ən hündür binaya çıxartdılar. Bir az çətinlik çəkdim amma uğurlu alındı”.

Elşən Orucov: “Filmi sizinlə birgə izləyəcəm, görək necə alınıb? İlk dəfə idi fərqli obrazda idim. O gün İlhama da dedim, özüm özümə afişadan baxanda doğrudan da çox pis, zəhmli adama oxşayıram. Əslində elə görünmək istəməzdim amma filmə, obraza görə dəyişməyə dəyərdi”.

Zarina Qurbanova: "Təəssüratlarım əladır. Obrazımı, görünüşümü tam dəyişmişdilər. Elə hər şey mənim obrazımdan başlayır. “Tayson”da məndən başlayır”.

Kamran Ağabalayev: “Obrazım maraqlıdır, ilk dəfədir, Azərbaycanda baş rol olaraq komediya janrında bir filmə çəkilirəm. Elməddin və Elşən ilə bir filmdə rol almaq çox xoş idi. Tayson hamımızın həyatından keçib. Əslində gizlədirik, Tayson elə Zarinadır”.

Qala gecəsinə qatılan aktrisalar Dilarə Əliyeva, Günay Əhməd, aktyorlar Fərda Xudaverdiyev, Azər Aydəmir və Elnur Hüseynov dostlarına uğurlar arzulayaraq fərqli gözləntilərinin olduğunu etiraf ediblər:

Dilarə Əliyeva: “Həmişə olduğu kimi, yenə də İlham Qasımov və onun komandasından çox maraqlı, baxımlı, gülməli bir komediya filmi gözləyirəm. Buraya da çox böyük həvəslə gəlmişəm”.

Günay Əhməd: “Filmi izləmək üçün təklif aldım və izləməyə gəldim. Filmin tizerini izlədim, bəyəndim. Maraqlıdır. Aktyorlardan fərqli nələrsə gözləyirəm”.

Fərda Xudaverdiyev: “Filmdə İlham Qasımov imzası var. Onun işləri həmişə keyfiyyətli olub. “Oğlan evi 1”də filmdə eyni komandada idik. O, işinə çox peşəkar yanaşır, yumor hissi güclüdür. Əsas rollarda olan Kamran Ağabalayev, Elşən Orucov və Elməddin Cəfərovdan gözləntim çoxdur. Bu gün əsas da yaxın dostum Elməddin üçün buradayam. Qardaşım səni təbrik edirəm, öpürəm. Allah qoysa, reytinq qıran filmlərdən olacaq”.

Azər Aydəmir: “Filmdən gözləntilərim çoxdur çünki tamamilə başqa təbəqələrdən, janrlardan aktyorlar yığımı var. Dostumuz Elşən absurd, Elməddin klassik komediyadandır, Kamran Ağabalayev dramdandır. Hər üç aktyorun bir yerdə birləşməsindən təbii ki, gözləntim böyükdür, görək nə alınıb”.

Elnur Hüseynov: “Filmin tizerini izləmişəm. Böyük ümidlərlə çox gülmək üçün gəlmişəm. Mən bilirdim ki, “Fəlakət” obrazı ilə sevilən aktyor Elşən Orucov bu kimi filmi çoxdan arzulayırdı. Onun bu uğuruna çox sevindim. İnanıram ki, uğurlu bir iş alınacaq”.

“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar İncəsənət Xadimi, ssenarist, kinoprodüser Müşviq Hətəmov son illər  özəl sahədə kommersiya filmlərinin artmasını yüksək qiymətləndirib:

“Bu gün Azərbaycanda özəl sahədə kommersiya filmləri çox yüksək səviyyədə inkişaf etməkdədir. Böyük bir rəqabət yaranıb. Bunların bədii keyifiyyəti başqa söhbətdir. Bu kimi filmləri təqdim etmək yeni bir inkişaf xəttidir. Bu gün tamaşaçılarla bərabər filmi izləyib qiymət verəcəyik. “Tayson” İran və Azərbaycan kinomotoqrafiyaçılarının müştərək işidir və kollektivdə olan hər kəsə uğurlar arzulayıram. Zamanla ən yaxşı çəkənlər yadda qalacaqlar”.

Xatırladaq ki, ekran əsərinin rejissoru Babək Şirinsfatdır.

Bununla bağlı süjetə dekabrın 28-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

























































1114 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


























19