Müğənninin oğlu dünyaya gəldi - foto
Müğənnilər arasında buzlar əridi 
“Eurovision” təmsilçisinin bacısı ilə şəkli
Aygün Bəylər köhnə imicinə qayıtdı - foto

Facebook instagram Twitter Youtube
FİLM

Aktrisa niyyətini açıqladı: “Bu sənətə gəlir əldə etmək üçün gəlməmişəm" 

29-12-2017


Xarici görünüşü ilə kişilərin "ağlını başından çıxaran" aktrisa Pərvin Abıyeva sənəti ilə bağlı MZ TV Azərbaycan kanalına iddialı açıqlamalar verib.  

Muztv.az xəbər verir ki, cazibədar aktrisa gənc həmkarları arasında ən öndə gedənin özünün olduğunu bildirib:

“Heç vaxt mənəm-mənəm deməmişəm. Bunu ətrafdakılar elə göstərirlər. Mənə “mənəm-mənəm” dedizdirməyə çalışırlar. Gənclər arasında ən çox tanınan və ən çox üzdə olan mənəm”.

Aktrisalıq fəaliyyətində iri addımlarla irəliləyən Pərvin Abıyeva Türkiyədən olan həmkarları ilə növbəti işbirliyi quracağını deyib:

“Fevralda türklərlə yeni bir layihəmiz olacaq. “Yanlış anlama” filminin komandası ilə bir araya gələcəyik. Amma bilinmir, “Yanlış anlama 2” olacaq, yoxsa yeni bir layihə, hələ bilinmir”.

O, aktrisalıq sənətinə ilk gəlişində niyyətinin tanınmaq olsa da, hazırda istəkləri tam fərqli olduğunu söyləyib:

“Bu sənətə gəlir əldə etmək üçün gəlməmişəm. Niyyətim bu olmayıb. Bu yerə kimi gəlmişəmsə, bundan sonra qonorarımı da düşünməliyəm. Sənətə maddi tərəfinə arxalanıb gəlməmişdim. Amma artıq bir ildir fikirləşirəm. Çünki mən bunu etməliyəm. Niyə də yox? Çünki bura kimi əsəblə, stresslə, yuxusuz-yorğun gəlmişəmsə, qazancımı da düşünməliyəm”.

Xatırladaq ki, Pərvin Abıyeva Türkiyə və Azərbaycan istehsalı olan “Yalnış anlama” komediya filmində rol alıb.

Bununla bağlı süjetə dekabrın 29-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. ​

Sevda Məmmədova
 

180 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22


















21