Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto
Rəqqasə anası və bacısından şikayət etdi
Halük Levent Bakıda xeyriyyə konserti verdi - foto

Facebook instagram Twitter Youtube
FİLM

Bakıda “Kəklikotu” filminin möhtəşəm qala gecəsi - reportaj

23-12-2017


Bakıda “Kəklikotu” filminin möhtəşəm qala gecəsi reallaşıb.

Muztv.az xəbər verir ki,   MUZ TV Azərbaycan kanalının lentə aldığı premyera “Cinema Plus”un təşkilatçılığı ilə “Elektra Events Hall”da keçirilib. İyirmidən çox tanınmış aktyor və aktrisanın rol aldığı Azərbaycan istehsallı komediya filminin yaradıcı və aktyor heyəti qırmızı xalçadan keçərək həyəcanlı anlarını jurnalistlərlə bölüşdülər.

Ekran əsərinin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur, rejissorları isə  Cəfər Axundzadə və Vuqar İsmayılzadədir.

Qırmızı libasda aktyor Kamran Ağabalayevlə kamera qarşısına keçən müğənni Dilarə Kazımova “Kəklikotu”ndakı obrazından söz açıb. O, hətta film üçün ifa etdiyi “Dəm” mahnısının tez bir zamanda sevildiyini bildirib.

Komediya janrında olan ekran əsərinin digər bar rol ifaçıları Nigar Camal, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Kənan M.M., Fərda Amin, Elcan Rəsulov, Aqil M.Quliyev, Kamran Ağabalayev və başqa tanınmış simalardır.

Filmi izləməyə gələnlər arasında şou-biznesin tanınmış nümayəndələri də yer alıblar.

Bununla bağlı süjetə dekabrın 23-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova
 





446 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr






































13 Dekabr