Xatirənin geyimi səs-küy yaratdı
Rəqqasə Oksana oğlu ilə gəzintidə
Əməkdar artistin makiyajsız halı - foto
Faytonçu Nazim solo konsertə hazırlaşır

Facebook instagram Twitter Youtube
FİLM

“Ölümündən sonra məhkəmə” baş tutdu - hadisə yerindən reportaj - foto

23-12-2017


ARB “Aran Film” Yaradıcılıq Mərkəzi tərəfindən istehsal olunan  “Ölümündən sonra məhkəmə” filminin Bakıda təqdimat mərasimi keçirilib.

Muztv.az xəbər verir ki, film Azərbaycan cazının əfsanəsi, istedadlı saksafon, klarnet ifaçısı Pərviz Rüstəmbəyovun nakam taleyindən, günahsız yerə həbsi və ölümündən bəhs edir. Sənədli filmdə arxiv materiallarından, Pərvizin cinayət işindən istifadə olunub.

Ekran əsərində Zemfira Əbdülsəmədova, Azər Aydəmir, Səfa Mehdi, Əjdər Zeynalov və Faiq Mirzəyev çəkiliblər.

MUZ TV Azərbaycan kanalına danışan filmin baş rol ifaçısı Safa Mehdi təəssüratlarını bölüşüb. O, ekran əsərində müəmmalı şəkildə ölən musiqiçi Pərvizin rolunu canlandırıb:

“Filmdə olan obrazım elə Pərvizin özüdür. Çox məsuliyyətli idi. Özüm də baxmamışam, həyəcanlıyam görəsən necə alınıb. Asan iş yoxdu amma obrazım çox maraqlı idi. Çünki ölən oğlan eyni ilə mənim yaşlarımda olardı. Bu yaşlarda ölən birisinin rolunu canlandırmaq mənim üçün mistik idi”.

Pərvizin anası rolunu ifa edən aktrisa Zemfira Əbdülsəmədova belə bir iztirablı rolu oynamağın çətin olduğunu etiraf edib:

“Ssenaristlər mənə elə ilk dəfədən ana obrazını təklif etmişdilər. Dedilər, müəmmalı şəkildə ölən musiqiçinin anası rolunu oynamalıyam. O ana cavan bir insanın ölümündə kimi günahlandırırdı? Bu bilinmədi, heç o özü də bilmədi ki, hansı şəraitdə həyatını itirib. Bir ananın belə hisslərini, iztirablarını bir aktrisa tərəfindən oynamaq əlbəttə ki çətin idi. Allah heç kəsə bala dərdi göstərməsin”.

Filmdə mənfi rolu canlandıran aktyor Faiq Mirzəyev obrazından razılığını bildirərək təşəkkür borcunu edib:

“Amerikanlı obrazını canlandırmışam. Bu obraz bizim qəhrəmanı şantaj etmək istəyir. Şantaj yolu ilə onu Amerikaya dəvət etmək istəyir. Əslində isə bu dəvət deyil. Bilmək istəyir ki, o gənc qərbə nə qədər meylli bir insandır. Həmin obrazı oynamaq mənim üçün də maraqlı oldu. Əziyyətimizin nəticəsini görmək mənim özümə də maraqlıdır. Mən sənədli film çəkilməsi təşəbbüsünü alqışlayıram. Bu gənclərin maariflənməsi üçün mükəmməl addımdır”.

Xatırladaq ki, film Azad Şərifovun qəhrəman haqqında yazdığı məqalənin motivləri əsasında hazırlanıb. Filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədovadır.

Bununla bağlı süjetə dekabrın 23-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva
 



































618 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr


15 Noyabr