Hörümçək-adam “Marvel” kino dünyasını tərk edir
Castin Biberin üzü səpdi - foto
Aktrisa ikinci dəfə ana olacaq
Aysel “Bubi”nin qiymətini açıqladı

Facebook instagram Twitter Youtube
FİLM

İzzət Bağırov yeni filminin təqdimat vaxtını açıqlayıb

01-12-2017


Müğənni İzzət Bağırov yeni filminin təqdimat vaxtını açıqlayıb.

Muztv.az xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi “Sevginin göz yaşları” adlı filmini yanvarda təqdim edəcəyini deyib:
 
“Filmin çəkilişi bitib. İnşallah, yanvarda təqdimatı olacaq. Sonra kinoteatrlarda nümayişi başlayacaq. Filmin ssenarisi özümə aiddir, amma rejissorluq etməmişəm. Dram janrındadır. Bundan qabaq çəkdiyim “Ayrılıq imiş” filmi də dram idi və çox gözəl alınmışdı”.
 
İzzət film çəkməyə başlamasının səbəbini belə izah edib:
 
“Film işinə ona görə başladım ki, artıq 3 ildir ki, klip çəkdirmirəm. Düzdür, mahnılar yazılır, amma klip yoxdur. Klipi çəkim ki, “Youtube” kanalında yatsın? Efirlərdə klip saatları olmur. Varsa da, orada xarici klipləri yayımlayırlar”.

Xatırladaq ki, İzzət Bağırzadə bir neçə gün əvvəl efirlərdə görünməməsinin səbəbini açıqlamışdı. 
 
 

308 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26












25