Hörümçək-adam “Marvel” kino dünyasını tərk edir
Castin Biberin üzü səpdi - foto
Aktrisa ikinci dəfə ana olacaq
Aysel “Bubi”nin qiymətini açıqladı

Facebook instagram Twitter Youtube
FİLM

Filmlərimiz beynəlxalq festivalda göstərilib

01-12-2017


“Qırmızı bağ” və “İçəri şəhər” bədii filmləri Çində keçirilən 4-cü “İpək Yolu” beynəlxalq film festivalında nümayiş olunub.

Muztv.az xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, kinostudiya və “Weit Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssam Leonid Karpov, bəstəkar Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Badıyev və başqaları çəkiliblər.

Kinostudiyanın istehsalı olan “İçəri şəhər” filminin isə ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssam Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları Təhminə Rafaella, Mehriban Zəki, Firdovsi Atakişiyev, Elmira Şabanova və başqaları canlandırıblar.

Xatırladaq ki, filmi festivalda rejissor İlqar Safat və aktrisa Mehriban Zəki təmsil ediblər.
 
 





332 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26












25