Hörümçək-adam “Marvel” kino dünyasını tərk edir
Castin Biberin üzü səpdi - foto
Aktrisa ikinci dəfə ana olacaq
Aysel “Bubi”nin qiymətini açıqladı

Facebook instagram Twitter Youtube
FİLM

"Çölçü” filmi beynəlxalq arenada

30-11-2017


"Çölçü” filmi beynəlxalq elmi konfransa daxil edilən beş filmdən biri olub.

Muztv.az xəbər verir ki, bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev bildirib.

O deyib ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən elmi konfrans “İslam dünyası və kino” mövzusuna həsr edilib. İslam dünyasına aid beş rejissorun filmi həmin konfransa salınıb.

Türkiyədən Nuri Bilgə Ceylan, Misirdən Yusif Şahin, Qazaxıstandan Bayqazin və İrandan Həqiqinin filmləri də həmin konfransda nümayiş və təhlil olunacaq.

Şamil Əliyev filminin elmi konfransın siyahısına salınmasının səbəbini bir müddət əvvəl Çikaqoda qazandığı uğurun nəticəsi olaraq görüb. O, “Çölçü”nün Çikaqoda “Art House Blow-UP” film festivalında Antonioni və Tarkovski mükafatının nominantı olduqdan sonra Avropa və Amerikada ali məktəblərin kino fakültələrinə dərs vəsaiti kimi salındığını deyib.

234 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26












25