Hörümçək-adam “Marvel” kino dünyasını tərk edir
Castin Biberin üzü səpdi - foto
Aktrisa ikinci dəfə ana olacaq
Aysel “Bubi”nin qiymətini açıqladı

Facebook instagram Twitter Youtube
FİLM

Film ssenaristləri mükafat aldılar

28-11-2017


Azərbaycan Kinematoqrafçılar İttifaqında “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Muztv.az xəbər verir ki, tədbirdə qurumun sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev qalibləri təbrik edib, onlara uğurlar arzulayıblar. Bildirilib ki, Kinematoqrafçılar İttifaqı onlara fəaliyyətlərində bundan sonra da kömək göstərməyə hazırdır.

Sonra qaliblər - “Şükriyyə taleyim”, “Bakının su əfsanəsi”, “Qara qızıl” ssenarilərinin müəllifləri Cavid Zeynallı, Rəşad Şükürov, Seyram Əmirov çıxış edərək ittifaqın rəhbərliyinə və münsiflər heyətinə təşəkkürlərini bildirib, yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar.

Müsabiqədə birinci yeri tutan olmayıb. Digər yerlərin sahiblərinə isə pul mükafatları təqdim edilib.
 

275 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26












25