Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
FİLM

“Mənim tanıdığım Vaqif” filmi Gürcüstanda

28-11-2017


Virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmin gürcü dilində variantını Tbilisidə ictimaiyyətə təqdim olunub.

Muztv.az xəbər verir ki, bundan əvvəl həmin sənədli film Bakıda Azərbaycan dilində böyük uğurla təqdim edilmişdi.

“Mənim tanıdığım Vaqif” sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib.

Filmdə onun həyatının bəzi epizodları anılıb və digər tanınmış musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.

Vaqif Mustafazadə həyatının müəyyən bir hissəsini Tbilisidə yaşayıb və onun gürcü dostları dünənki təqdimatda iştirak ediblər. Vaqif Mustafazadənin yaxın dostu olmuş, tanınmış müsiqiçi Dimitri Qonqliaşvili filmdən mütəəssir olaraq demişdir: “Vaqif haqqında nə deyə bilərəm – o, bir dahi idi.”

Tədbirdə iştirak edən Gürcüstanın mədəniyyət naziri cənab Mixeil Giorqadze deyib:

“Tbilisi həmişə dünyanın müxtəlif və zəngin mədəniyyətlərinin görüşdüyü bir mərkəz olub. Vaqif Mustafazadə o musiqiçilərdəndir ki, onun istedadı və irsi eyni dərəcədə hər iki ölkəyə məxsusdur. Musiqiçilər, və xüsusən də caz sevərlər onu Azərbaycan caz-muğamının banisi olan dahi bir pianoçu və bəstəkar kimi tanıyırlar. Əslində isə Vaqif Mustafazadə gələcəyə yönəmli və çox maraqlı Şərq cazı məktəbini yaratmışdır.”

Xatırladaq ki, BUTAfilm şirkəti tərəfindən çəkilmiş bu sənədli film Vaqif Mustafazadənin müasirləri olan Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının onun yaradıcılıq irsinə və şəxsiyyətinə sevgi və rəğbət dolu xatirələri üzərində qurulub.
 

307 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23