Xatirə nəhayət Vətənə qayıtdı – foto
Sərdar Ortac ata olmaq istəyir
Rəhim “Can” dedi - audio
Aygün qonağı belə qarşılayıb: Aktyorlar bizə xoş gəliblər 

Facebook instagram Twitter Youtube
FİLM

"İkinci Pərdə" açıldı - MUZ TV Azərbaycan çəkdi - foto 

15-11-2017


“Pərdə” filminin davamı olan “İkinci Pərdə” filminin ötən gün Bakıda qala gecəsi keçirilib.

Muztv.az xəbər verir ki, gecədə aktyorların sənət dostlarının izdihamı yaşanıb.

Filmin baş prodüseri Orxan Mərdan, rejissoru Emil Quliyevdir.

“İkinci pərdə”də baş rolları Qorqud Cəfər, Günay Əhməd, Hikmət Rəhimov, Elşən Əsgərov ifa edib.

Filmin nümayişindən əvvəl yaradıcı heyət media nümayəndələrinin suallarını cavablandırıb. Bildirilib ki, ekran işinin ilk filmlə heç bir bənzərliyi yoxdur. Baş rola çəkilmək üçün yaradıcı heyət aktrisa tapmaqda da çətinlik çəkib. Bu rolu canlandırmağa yalnız Günayın razı olduğu deyilib.

MUZ TV Azərbaycan kanalına danışan aparıcı-aktyor Vüsal Murtuzəliyev ekran əsəri ilə cəmiyyətə böyük bir mesaj ötürüldüyünü deyib:

“Filmin tizerini izləmişəm, diqqətimi çox cəlb etdi. Yəqin hər kəsin yadındadır ki, “Pərdə 1” filmi çox uğurlu olmuşdu. Tamaşaçıalr arasında ajiotaja səbəb olmuşdu. Filmdə yeni nəfəs var. Aktyorların ifası isə danılmazdır. Bu gün isə “İkinci Pərdə”nin təqdimatına toplaşmışıq. Əminəm ki, yenə də uğurlu bir film izləyəcəyik. Bu filmdə cəmiyyətə böyük bir mesaj var”.

Türkiyənin “Kardeşim benim 2” filmində rol alan azərbaycanlı aktyor Kamran Ağabalayev də təəssüratlarının yüksək olduğunu söyləyib:

“Film haqqında təəssüratlarım çox yaxşıdır. Güvəndiyim media əhlindən də müsbət fikirlər eşitmişəm. Əminəm ki, ortada mükəmməl aktyor və rejissor işi var. Amma yenə də öz gözlərimlə görmək istəyirəm”.

“Vicdan Haqqı” serialında rol alan aktyor Kamran Yunis aktyorların cəsarətini alqışlayaraq “İkinci Pərdə” ilə onların böyük səs-səda yaradacığını əminliklə vurğulayıb:

“Filmdə rol alan aktyorlar çox cəsarətlidirlər. Onlar Azərbaycan mədəniyyətində yeni düşüncəyə malikdirlər. Düşünürəm ki, bu Azərbaycan mədəniyyətində, fərq etməz ki, böyük ya kiçikdir səs-səda yaradacaq bir film olacaq. Ekran əsərinin səsi yaxşı gələcək. Aktyorlara uğurlar arzulayıram, dayanmasınlar. Yıxılmaqdan qorxmasınlar, onda uğurlar da bol olacaq”.

Başı “Tayson” filminin çəkilişlərinə qarışan aktyor-rejissor İlham Qasımov filmin təbii olduğunu qeyd edib:

“Mən qəribə qarışıq hisslər yaradacaq bir ekran məhsulu gözləyirəm. Aktyorların oyununa heç şübhəm yoxdur. Çünki “Pərdə 1”də filmin rejissoru Emil sübut etdi ki, insanlara çox doğal, yaxın bir ifa göstərə bilir. Elə bu filmdən də məhz onu gözləyirəm”.

Ardıcıl olaraq yerli filmlərdə rol alan aktrisa Pərvin Abıyeva ekran əsərində rol alan aktyorlar Hikmət Rəhimov və Qorqud Cəfəri ideal aktyor adlandırıb:

“Emil Quliyevin rejissorluq qabiliyyətinə bələdəm. Çox istedadlı rejissordur. “Pərdə 1”i izləmişəm, rejissor işi, ssenari, operator, aktyor işi hamısı biri-birini tamamlayır. Həmişə 2-ci iş daha uğurlu, peşəkar alınır. Düşünürəm ki, “Pərdə 2” 1-dən geri qalmayacaq. Çünki orda Qorqud Cəfər, Hikmət Rəhimov kimi aktyorlar var. Onlar ideal aktyorlardır. ”

Xatırladaq ki, filmdə baş qəhrəmanın ərinə onun dostu ilə xəyanət etməsi əks olunub.

Bu barədə süjeti noyabrın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva
 



















210 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr
























































17 Noyabr