Hörümçək-adam “Marvel” kino dünyasını tərk edir
Castin Biberin üzü səpdi - foto
Aktrisa ikinci dəfə ana olacaq
Aysel “Bubi”nin qiymətini açıqladı

Facebook instagram Twitter Youtube
FİLM

Şəhid Nicat İsgəndərov haqqında film - “Şəhidliyə aparan arzu”

12-11-2017


Şəhid Nicat İsgəndərov haqda film çəkilib. 

Muztv.az xəbər verir ki, 2016-cı ilin aprelində cəbhənin Cəbrayıl rayonu istiqamətində Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini erməni işğalçılarından azad etməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı şəhid olan Nicat Bəhruz oğlu İsgəndərov haqqında sənədli film çəklib.

“Şəhidliyə aparan arzu” adlanan filmdə Nicat İsgəndərovun doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri, həmçinin həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar yer alır.

Sənədli film Ağdam rayonunda yeni yaradılmış “T.Z Media” qrupu tərəfindən hazırlanıb. Filmdə Azərbaycan Aşıq havalarından “Ruhani” və Türk dünyasının sevimlisi olan Əhmət Şəfəqin “Məmləkət məsələsi” mahnılarından istifadə olunub.

Xatırladaq ki, Nicat Bəhruz oğlu İsgəndərov 4 avqust 1989-cu ildə Tərtər şəhərində anadan olub. 2016-cı ilin aprel ayının 2-də torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancaına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

431 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26












25