Aktrisa qızla öpüşərkən yaxalandı - foto
“Artım”da növbəti film təqdimatı olacaq
Alman model İtaliyada dincəlir - foto
Sibel Canın qızı Melisa Ural iş qadını olur

Facebook instagram Twitter Youtube
FİLM

"Daşla danışan adam" - 23 illik əməyə qiymət - təqdimat

11-11-2017


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalq Rəssamı Mirəli Mirqasımova həsr olunan "Daşla danışan adam" sənədli filminin təqdimatı reallaşıb.

Filmin ideya müəllifi İradə İsaq, rejissoru isə Nicat Qafuroğludur.

Ekran əsərinin rejissoru N.Qafuroğlu MUZ TV Azərbaycan kanalına filmin Cəfər Cabbarlının heykəlinin ərsəyə gəlməsindən bəhs etdiyini dilə gətirib:

“Bu heykəl heykəltaraşın 23 ilini alıb. Azərbaycanda yeganə heykəldir ki, bütün bir daşdan ibarətdir. Altı metr yarım hündürlükdə olan heykəlin daşı Ukraynadan gətirilib. Daşı karyerdən səkkiz tank çıxarıb. Maraqlı hekəyəni Mirəli Mirqasımovun həyat yoldaşı Gültəkin xanımın dilindən eşidəcəyik”.

Nicat Qafaroğlu ekran əsərinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təqdim etmələrinin səbəbini, gənc heykəltaraşların oradakı əzimkarlığı, iradəni görməsi və ondan nümunə götürmələri üçün məhz oranı seçdiyini bildirib.

Filmin təqdimatı ilə bağlı süjetə noyabrın 11-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Günel Əliyeva

548 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


























19