Aktrisa yunan sevgilisindən ayrıldı
Müğənni bal ayına getdi
Cennifer Lopez sima seçildi - foto
Nüşabənin qızı fotosessiya etdirdi

Facebook instagram Twitter Youtube
FİLM

Reportaj - “Sinema Gözəli”nə Bakıda start verildi - foto 

10-11-2017


Türkiyənin məşhur “Sinemanın Kral və Kraliçası: II Sinema Gözəli” yarışması layihəsinə ilk dəfə olaraq Azərbaycanda start verilib.

Muztv.az xəbər verir ki, istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunması məqsədi ilə keçirilən layihədə Türkiyənin “Yeşilçam” ulduzları Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi sənətçilər iştirak ediblər.

Yarışmanın Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səidin təqdimatında mətbuat konfransı reallaşıb. Tədbirə həmçinin “Sinema gözəli” layihəsinin təşkilatçısı Atilla Kaplakarslan, qızı, eləcə də yarışmanın aparıcısı Ceren Kaplakarslan və Arif İşıq qatılıblar. Bir çoxlarına türkiyəli müğənni Rafet El Romanın keçmiş həyat yoldaşı kimi tanış olan Ceren aktrisalıq sənətinə davam etdiyini və yeni layihələrlə izləyicilərin qarşısına çıxacağını bildirib. Azərbaycandan, Türkiyədən və Avropa ölkələrindən seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yardılan düşərgədə qalacaqlar və müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçəcəklər.

Xatırladaq ki, “Sinemanın Kral və Kraliçası” yarışmasının son qeydiyyatı 2018-ci il yanvarın 15-də başa çatacaq.

Tədbirlə bağlı süjetə noyabrın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Sevda Məmmədova 





1002 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Yanvar








































21 Yanvar