Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto
Rəqqasə anası və bacısından şikayət etdi
Halük Levent Bakıda xeyriyyə konserti verdi - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Gecə qonağı 2” filminin qala gecəsi keçirildi - fotolar

02-10-2017


Nizami Kino Mərkəzində rejissor Kənan Mahmudovun (Kənan M.M) lentə aldığı “Gecə qonağı 2” filminin qala gecəsi keçirilib.

Muztv.az xəbər verir ki, filmdə Kənan rejissorluqla yanaşı aktyor qismində baş rolu canlandırıb. Onunla birlikdə ekran əsərində aktrisa Pərvin Abıyeva və aktyor Cavanşir Hadıyev də çəkilib.

Filmdə böyük əməyi keçən rejissor-aktyor Kənan Mahmudov ərsəyə gətirdiyi ekran işini yeni doğulan insanla müqayisə edib onun bəyəniləcəyini iddia edib:

“Əslində, bu kameralar, mikrafonlar üçün çox darıxmışdım. 9 aydır başım filmə qarışmışdı. 9 aya bir insan dünyaya gəlir. Biz isə 9 aya bir film dünyaya gətirdik. İçimdə əminlik var, çox rahatam. Niyə? Çünki ilk olaraq yerimi bir addım dəyişib filmi rejissor kimi yox, tamaşaçı kimi izlədim. Çox bəyəndim. Çünki ona qədər başqa ssenariləri cırıb atmışdım, bunun üzərində dayanmışdım. Rol alan aktyorlardan müsbət enerji aldım. Filmin iddialı olduğuna da inanıram. Əgər bu film izlənməsə, deməli, problem tamaşaçıdadır. Filmin maddi məsələsinə gəlincə isə, dostlar sağ olsun, bu bizim yaralı yerimizdir”.

Ekran əsərində baş rollardan birini canlandıran Pərvin Abıyeva “Gecə qonağı 1” filminin onun qəlbində xüsusi yer tutduğunu dilə gətirdi:

“ “Gecə qonağı 2” filmini tamaşaçılar həyəcanla gözləyirdi. Filmlə bağlı təəssüratlarım böyükdür. İnanıram ki, uğurlu olacaq. Amma mənim üçün “Gecə qonağı 1” filmi tam başqadır”.

Qala gecədə incəsənət nümayəndələri, habelə şou-biznesin tanınmış simaları iştirak edib və ürək sözlərini çatdırıblar.

Qala gecədə iştirak edən xalq artisti Ramiz Novruz film sahəsində ciddi işlərin görüldüyü üçün sevindiyini söyləyib:


“Xoşuma gələn uşaqların niyyətidir. Onlar film sahəsində ciddi işlər görmək istəyirlər. Əgər Azərbaycan filmləri arasına bir damla belə olsa nəsə əlavə edirlərsə, bu özü artıq bir uğurdur. Sevinirəm ki, artıq Pərvin xanım kimi bir aktrisa tanınır və sevilir. Onun hər cür imkanları var. Kənana da minnətdarlığımı bildirirəm ki, bu cür istedadları üzə çıxarır. Kim hansı gəncin əlindən tutub tanıtmağa çalışırsa, onlara eşq olsun”.

Xalq artisti Həmidə Ömərova isə hazırda dram janrında lentə alınan filmlərin az olduğunu bildirərək bu səpkidə görülən işləri alqışa layiq görüb:

“Bu film dram janrında çəkilib. Hazırda Azərbaycanda bu janrda çox az film çəkilir. Kənan öz gücünə, öz əməyinə bu janrda işləyən rejissordur. Bizim ölkədə bu janra maraq azdır. Kənan kimi rejissorlar bu səpkidə iş görürlərsə, bunları yalnız alqışlamaq lazımdır. Hər halda ciddi janrdır. Filmdən yenilik gözləyirəm. Pərvin Abıyevanı da izləmişəm. İstedadlı və gözəl aktrisamızdır. Ona da yeni yaradıcılıq uğurları arzu edirəm”.

“Gecə qonağı 1” filmində rol aktyor Fərda Xudaverdiyev də gecədə iştirak edirdi:

“İstər Kənan qardaşım olsun, istər Pərvin xanım, hər ikisinə gözəl gün üçün təşəkkürümü bildirirəm. Onlara uğurlar arzu edirəm. Könül istərdi ki, bu filmdə biz də rol alaq, amma qismət beləymiş. İnşallah, “Gecə qonağı 3” olar, orada görünərik. Əziyyət çəkən hər kəsə uğurlar və salamlarımı çatdırıram. Allah əziyyətinizin qarşılığını versin".

Əməkdar artist İlqar Cahangir filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə uğurlar arzu edib:

“Kənan və Cavanşiri təbrik edirəm. Sevindirici haldır ki, bu cür film premyeraları baş tutur. Düşünürəm ki, Azərbaycanda bu cür hallar tez-tez olmalıdır”.

Rejissor Rövşən İsax da həmkarına dəstək olub və filmin uğurlu olacağına inandığını bildirib:

“Kənan addım-addım inkişaf edən bir rejissordur. İnanıram ki, bu film də uğurlu olacaq. Mən Kənanın hər uğuruna, qələbəsinə hər zaman sevinmişəm”.

Aktyor Elməddin Cəfərov isə bu filmin öncəki filmindən daha da uğurlu olacağına ümid etdiyini söyləyib:

“Gecə qonağı” filminin ilk bölümünə uzun müddət sonra baxdım. Ekran əsərini çox bəyəndim. İnşallah ki, bu film ondan da yaxşı olar”.

Qeyd edək ki, Kənan M.M ekran əsərini mərhum həmkarı Şahin Zəkizadəyə həsr edib.

Lamiyə BALACAYEVA
Fotolar: Elkin ƏSGƏROV



















































776 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr




































13 Dekabr