Aktrisa qızla öpüşərkən yaxalandı - foto
“Artım”da növbəti film təqdimatı olacaq
Alman model İtaliyada dincəlir - foto
Sibel Canın qızı Melisa Ural iş qadını olur

Facebook instagram Twitter Youtube
FİLM

“Dəniz suyu içən it” filminin təqdimatı olacaq

30-09-2017


Oktyabrın 3-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” ("The Salty Sea Dog") adlı qısametrajlı bədii filminin təqdimatı olacaq.

Muztv.az xəbər verir ki, “Nərimanfilm” kinokompaniyasının bazası əsasında ekranlaşdırılan filmin süjet xətti qadın həyatında xəyanət və ağrı üzərində qurulub. Ssenari müəllifi Lalə Əliyeva (Klıçkova) olan filimdə əsas rollara aktyorlar Azər Aydəmir və Natəvan Hacıyeva çəkilib.

Ekran əsərinin quruluşçu operatoru Kirill Gerra, prodüseri Nəriman Məmmədov, icraçı prodüserləri Emin Quliyev, Lala Əliyeva (Klıçkova), istehsalat müdiri isə Rüstəm Şəfiyevdir. Film Azərbaycan dilində nümayiş ediləcək.

Qeyd edək ki, ekran əsəri “Calcutta İnternational Cul” film festivalında “Qadınlar haqqında film” kateqoriyasında avqust ayının ən yaxşı qısametrajlı filmi seçilib. Film, həmçinin “Womens Only Entertainment” film festivalının əsas müsabiqə bölümünün iştirakçısı olub.

278 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


























19