Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
FİLM

Məşhur rejissor "iPhone" ilə film çəkdi - video

23-09-2017


Məşhur amerikalı rejissor Zak Şnayder "iPhone" smartfonu ilə nuar janrında qısametrajlı film çəkib.

Muztv.az lent.az-a istinadən xəbər verir ki, "Qar, buxar, dəmir" adlanan film "YouTube"dakı "Shinyishere" kanalında yerləşdirilib.
 
Annotasiyada qeyd olunur ki, kinolent "iPhone" ilə çəkilib və layihənin həyata keçirilməsində rejissora öz komandası yardım edib. Z. Snayder isə ona oğlu və qızını kömək etdiyini bildirib: "Biz bir yerə yığışanda film çəkmək bir-birimizlə ünsiyyətdən daha asan olur".
 
Rejissor çəkilişdə "iPhone"un hansı modelindən istifadə etdiyini açıqlamayıb. Məlum olan budur ki, çəkilişdə kameralar üçün linzalar, mini relslər, ştativlər, dron və digər yardımçı vasitələrdən istifadə edilib.
 
Xatırladaq ki, Z. Snayder "300 spartalı", "Betmen Supermenə qarşı", "Poladdan insan", "Qoruyucular" və s. məşhur filmlərin rejissorudur.  
 
Qeyd edək ki, nuar janrı Hollivudun 1940-50-ci illərdə çəkdiyi kriminal dramlara şamil olunan kinematoqrafik termindir. Bu janrda çəkilən ekran əsərlərinə bədbinlik, məyusluq, inamsızlıq, ikiüzlülük, zorakılıq atmosferi xasdır.

324 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23