Modelyeri gəlini qəzəblənib

Britaniyalı məşhur modelyer Viktoriya Bekhem gəlini Nikol Peltzin sonuncu müsahibədən sonra qəzəblənib. Mtv.az xəbər verir ki, bu barədə modelyerə yaxın mənbə "The Sun"a bildirib. Mənbənin sözlərinə görə, həm Viktoriya, həm də dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem gəlinləri ilə münasibətləri yaxşılaşdırmağa çalışırlar. Bu səbəbdən Viktoriya Nikolanın iddiaları inkar etmək əvəzinə, düşmənçilikləri ilə bağlı şayiələr yaymağa davam etməsindən çaşqındır. Bundan əlavə, Viktoriya və Bekhem toydan sonra oğulları Bruklinlə az vaxt keçirdiklərinə çox kədərlidir, halbuki o, həyat yoldaşının ailəsi ilə tez-tez görüşür. Xatırladaq ki, tərəflər arasında mübahisə Nikolun toyda Viktoriyanın seçdiyi gəlinliyi geyinməməsi ilə başlayıb.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
