"Murda" ləqəbli repçi həbs olunub
"Rəcəb İvedik 7" filmi çəkilir
Müğənni yol hərəkəti qaydalarını pozub
Reper öldürən şəxs həbs olunub - foto

Facebook instagram Twitter Youtube
FASHİON

Məşhur model 6 ildən sonra danışdı

14-10-2021


Məşhur model Linda Evanqelista uzun müddətdir gözlərdən uzaq olduğunu açıqlayıb.

Mtv.az xəbər verir ki, bu barədə keçmiş model sosial media səhifəsində paylaşım edib. O, 2 dəfə liposaksiya əməliyyatı keçirsə də, bədənində qalıcı deformasiyalar yarandığını və bu səbəbdən ictimaiyyət qarşısına çıxa bilmədiyini vurğulayıb.

Linda hazırki halını "Medianın sözləri ilə desəm, tanınmaz hala düşdüm" kimi dəyərləndirib.

Ağır depressiyaya düşən model ruh halının hələ də davam etdiyini qeyd edib. Paradoksal yağ hiperplaziyası problemi ilə üzləşdiyini bildirən supermodel “Bu xəstəlik nəinki həyatımı məhv etdi, həm də məni dərin depressiyaya, kədərə saldı və özümdən nifrət etmə həddinə gətirdi. Bu prosesdə bir küncə çəkildim.

Belə yaşamaqdan çox sıxıldım. Artıq özüm kimi görünməsəm də başım dik bir şəkildə qapıdan çıxmaq istəyirəm" yazıb.

İzləyicilər hər halı ilə gözəl olduğunu bildirərək, modelə dəstək olmağa çalışıblar. 

Xatırladaq ki, Linda 2015-ci ildən bəri kamera qarşısına çıxmır.

67 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
















16 May