FASHİON
Ancelina Coli evindəki tablonu hərraca çıxardı - foto
09-03-2021

Bir müddət əvvəl Hollivud ulduzu Ancelina Coli evindəki tablolardan birini hərraca çıxarıb.
Mtv.az xəbər verir ki, sözügedən əsəri Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil İkinci Dünya müharibəsi illərində çəkib.
Ötən gün baş tutan hərracda “Tower of the Koutoubia Mosque” adlı incəsənət əsəri 2 milyon 500 min funt-sterlinqə (5 milyon 800 min manata) təklif edilsə də, rekord qiymətə satılıb.
Böyük Britaniyanın Kristis hərrac evində keçirilən auksionda tablo 8.3 milyon funt-sterlinqə (19 milyon 593 min manat) alıcı tapıb.



146 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
25 May