İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir
Teymur Əmrah həmkarına irad bildirdi

Facebook instagram Twitter Youtube
FASHİON

Aysel nüfuzlu insanın siyahısına düşdü - foto

09-10-2019


"Business of Fashion" dərgisi 2019-cu ildə moda sahəsindəki 500 nüfuzlu insanın siyahısını hazırlayıb.

Mtv.az xəbər verir ki, buraya 45 ölkədən olan musiqi, moda, model sahəsindən olan insanlar daxil edilib. Dəb reytinqinə azərbaycanlı iş xanımı və "Aizel" mağazalar şəbəkəsinin sahibi Aysel Trudel (Hüseynova) də salınıb.

Aysel öz brendini 2003-cü ildə Rusiyada yaradıb. Onun sayəsində Moskvada Azeddine Alaia, Marc Jacobs, Stella McCartney, Peter Pilotto, Rodarte, Michael Kors, Oscar de la Renta, Emilio Pucci, Jimmy Choo və bir çox məşhur dünya brendlərinin satışı başlayıb.

"Mənim üçün "BoF 500" siyahısına daxil olmaq böyük qürurdur. 20 ildir davam edən fəaliyyətim boyunca bir çox brendləri Rusiyaya gətirmişəm. Eyni zamanda hər zaman Rusiyadakı gəncləri dəstəkləmişəm. Mənim Moda Fondumun məqsədi gənc dizaynerlərə dəstək olmaq, onların iş həyatında nəsə etməkdir" deyə, Aysel bildirib.

Aysel Trudel İnstaqram səhifəsində dərgi ilə bağlı gecədən olan fotolarını yayımlayıb. Dəbdəbəli "Business of Fashion" gecəsi Parisdə keçirilib.

Xatırlada ki, Aysel diplomat Aydın Hüseynovun qızıdır.







48 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr






































17 Noyabr