Türkiyəli modellər Bakıya gəlirlər
Sağalan Namiq konsertə hazırlaşır
Elçin bunu ilk dəfə etdi – foto
“Eurovision-2018” üçün mahnımız İngiltərədə hazırlanır

Facebook instagram Twitter Youtube
FASHİON

Dizayner Rüfət İsmayılın kolleksiyası İstanbulda moda həftəsində nümayiş etdiriləcək

14-09-2017


Sentyabrın 15-də İstanbulda “Mercedes-Benz Fashion Week” çərçivəsində “Naz” Moda Evinin və Türkiyədə yaşayan dizayner Rüfət İsmayılın məhsuldar işinin nəticəsi olan “Naz by Rufat Ismayil” kolleksiyası nümayiş olunacaq.

Muztv.az xəbər verir ki,  “Naz by Rufat Ismayil” 2018-ci ilin yaz-yay mövsümünün geyimlərini “Fusion” adlı kolleksiyada təqdim edəcək. Podiuma Türkiyə moda biznesinin ulduzları Çağla Şikel, Özge Ulusoy, Şebnem Şeffer, Günay Musayeva çıxacaqlar.

“Naz by Rufat Ismayil”da qadın geyimləri 1800-cü illərin obrazları əsasında yaradılıb və bu, bir növ keçmişə yeni çalarda qayıtmaq olacaq. İpək, şifon, krujevadan hazırlanmış kolleksiyanı məxsusi aksesuarlar tamamlayacaq.

Kolleksiyanın kişi geyimlərinin nümayişində podiuma kikboksinq üzrə dünya çempionu Avatar Atakan çıxacaq. Dəfələrlə Rüfət İsmayılın kolleksiyalarını nümayişində iştirak edən Avatar Atakan digər dizaynerlərin dəfiləsində çıxış etməyib.

Qeyd edək ki, Rüfət İsmayıl yeganə Azərbaycan və Türkiyə dizayneridir ki, bu gün kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə göstərilir. Onun kolleksiyası, həmçinin “Pitti Uomo”da təqdim edilib ki, bu da həmvətənimizin dizayner istedadının beynəlxalq miqyasda tanınmasından xəbər verir.

91 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Fevral
















17 Fevral