EKSKLÜZİV
Əməkdar artist həmkarlarını tənqid edib
08-03-2023

"Kim nə istəyir oxuyur, danışır və göstərir. Onların çoxu yutub üzərindən tanınır. İnternet dövrünün insanı olmadığım üçün və köhnə fikirli, maraqsız olduğum üçün onları tanımıram". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zaur Əmiraslanov deyib. O, şou-biznesdəki bəzi həmkarlarını tənqid edib: "Pul, toylar gəlib gedəcək, amma şərəf və ləyaqət qayıtmayacaq. Şux duruşunu qoruyub saxlamaq nə vaxtdan ayıb olub ki? Şərəf və ləyaqətimi hər zaman qorumuşam və qoruyacağam. Bunun üçün ailə tərbiyəsi lazımdır. Düzdür, valideynin də rolu burada böyükdür. Hamıya o qədər pul arzulayıram ki, ayılanda ətraflarında puldan başqa heç nəyin olmadığını görsünlər".
66 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
