EKSKLÜZİV
"Mənə qədər siqaret çəkən var idi.."
25-01-2022

"Dörd divar, iki dost" mahnısında oldu. Birinci ailəm bildi. Böyük qardaşım tərəddüd etdi, küsdü məndən. Heç kimdən gizlətmədim. Ona izah etdim".
Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova deyib.
O, siqaret çəkməsindən, bunu klipində də göstərməsindən bəhs edib: "Dedim ki, bir Azərbaycan qadınına utanc ola biləcək siqaret və dörd divar mənim yeganə dostlarım idi. Düzdür, buna görə xalqın qarşısında üzr istəməliydim. Nisə Qasımova və siqaret, əks fikirlərdir. Amma məni o qədər qınamadılar. Mənə qədər siqaret çəkən var idi. Kimi gizlin, kimi aşkar çəkir".
62 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
25 May