EKSKLÜZİV
Əməkdar artist qonorarlardan gileylənib
10-01-2022

Əməkdar artist Sənubər İsgəndərli seriallarda verilən qonorarlardan gileylənib.
Mtv.az xəbər verir ki, aktrisa bu haqda "Səhər mərkəzi" proqramında deyib.
O bildirib ki, hazırda gənclər yüksək qonorar tələb edir: "Qonorarlar çox aşağıdır. Səhər 8-də çəkilişə gəlib, gecə 3-4 evə gedirsən. Az yatıb, səhər yenə tezdən işə gedirsən. Bunun qarşılığında pul azdır. Eqo var, bəzilərində bu təsdiqlənməyib, danışır. Bir də var sənətə və sənətkara qiymət vermək lazımdır. Mən də qəşəng qiymət deyirəm, amma çəkilmək istəməyəndə. Heyif ki, indi hər şey instaqramla ölçülür".
107 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17
16