Aktyor siyasətçi ilə eşq yaşayır
Reper kazinoda 25 milyon dollar qazanıb
Modelin gözəllik sirləri məlum olub
İsraili “Avroviziya 2023”də Noa Kirel təmsil edəcək

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Reperə qarşı 750 milyon dollarlıq iddia qaldırılıb

07-12-2021


Texas ştatının Hyuston şəhərində keçirilən "Astroworld" festivalında yaşanan faciədən sonra zərərçəkənlər reper Travis Skott və təşkilatçılara qarşı 750 milyon dollarlıq iddia qaldırılıb.

Mtv.az xəbər verir ki, konsert zamanı yaşanan izdihamda biri azyaşlı olmaqla ölənlərin sayı 10-a çatıb. 50 min insanın iştirak etdiyi festivalın qurbanı olan 125 nəfər hadisədə ifaçını günahlandırıb. Onlar reperdən 750 milyon dollardan çox təzminat tələb edirlər.

Bundan başqa, idman brendi "Nike" Skottla həyata keçirəcəyi ayaqqabı modelinin tanıtımını təxirə salıb. "W" jurnalı Skpottun sevgilisi Kayli Cenner ilə üz qabığında yer aldığı buraxılışın yayımını dayandırıb.

Hazırda polis tərəfindən aparılan araşdırmalar davam edir.

113 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti