Modelyer məhkəməni uduzdu
Şakiraya çöl donuzları hücum edib - foto
 İvana Sert toya hazırlaşır
Müğənnini ömürlük həbs gözləyir - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Xalq artistləri konsertlərini təxirə salıb

23-09-2021


Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko yaxın günlərdə planlaşdırılan bütün konsertlərini təxirə salıblar. Mtv.az xəbər verir ki, buna səbəb Annanın atasının vəfat etməsi olub. Bu barədə Yusif sosial şəbəkədə paylaşım edərək, bunları yazıb: "2005-ci ildə məndən asılı olmayan səbəblərə görə atamı son mənzilə yola sala bilməmişdim. Bu gün bu borcumu yerinə yetirdim. Çünki qayınatam da mənim üçün ata kimi idi. Doğma insanı itirmək böyük acıdır. Səliqəli, dürüst, mehriban Yurik dünyasını dəyişdi. Bir-birimizi Yurik və Yusik deyə çağırırdıq. İndi sən öz həyat yoldaşının yanına getdin. Onsuz yaşadığın 19 ili hər gün onu gözyaşı ilə xatırlayırdın. İndi birlikdəsiniz, biz acı çəkirik, amma bilirik ki, siz qovuşdunuz". Xatırladaq ki, Yusif Eyvazov və Anna Netrebko Avstriya və Çexiyadakı çıxışlarından müvəqqəti olaraq imtina ediblər. Praqa Smetana Salonunda planlaşdırılan konsert dekabra keçirilib. Vyana Konzerthaus və Madrid Teatro Realında nəzərdə tutulan tədbir isə 2022-ci ilin iyuluna dəyişdirilib.

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti