EKSKLÜZİV
Özbəkistan portalında Azərbaycan aşıq sənətindən yazılıb
29-01-2021

Özbəkistanın “ishonch.uz” portalında rus dilində Azərbaycan aşıq sənəti haqqında “Azərbaycanın qeyri-maddi mədəni irsi-aşıq sənəti” sərlövhəli məqalə yerləşdirilib. Mtv.az verir ki, materialda ozan-aşıq sənəti haqqında özbək oxuculara bilgi verilir. Bildirilir ki, aşıqlıq sənəti Azərbaycan xalqı arasında geniş yayılıb. Azərbaycanda aşıq sənətinin geniş yayıldığı bölgələrdə qədim zamanlardan aşıqlar el şənliklərini yola verib. Yazıda aşıq havaları haqqında da məlumat verilir, bildirilir ki, hazırda aşıqlar 80-dən artıq hava ifa edirlər. Bildirilir ki, ənənəvi klassik aşıq musiqisində bayatı, gəraylı, qoşma, təcnis və digər poetik janrlardan istifadə olunur.
546 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22
21