Müğənni 11 ay sonra ayrıldı
Aktrisanın evlənmə xəbəri yayıldı
Serialın yayım günü dəyişdirildi
“Hercai”nin çəkiliş meydanında dava düşdü

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Qarabağda bayram var” - foto

21-11-2020


Türkiyənin “TRT Muzik” televiziya kanalı Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə “Qarabağda bayram var” devizi altında geniş konsert proqramı yayımlayıb.

Mtv.az xəbər verir ki, Prezident İlham Əliyevə məxsus tarixi “Qarabağ Azərbaycandır!” ifadəsi proqramın səhnə tərtibatının əsas görünüşündə əksini tapıb.

Aparıcı Azərbaycana və Qarabağa dair şeirlər söyləyib, hərb tariximizdə şərəf dastanı yaradan müzəffər Ordumuzun rəşadətli qələbəsi barədə tamaşaçılara məlumat verib. İşğal altındakı torpaqlarımızın düşməndən geri alınması bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirilib.

Canlı yayınla nümayiş olunan konsertdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk dünyası mahnı və rəqs ansamblının ifasında Azərbaycan mahnıları və rəqsləri təqdim olunub.







33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Noyabr


















23 Noyabr