Model idmançı sevgilisi ilə nişanlandı
 İrem Derici yeni sevgili tapdı
 Rihannanın brendi 1 milyard dollar dəyərindədir
Serialda sürpriz yaşanacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı əsgərlərə dəstək verdi

05-11-2020


Sentyabrın 27-dən başlayaraq Silahlı Qüvvələrimizin işğal altında olan tarixi ərazilərimizi azad etməsi xalqımızda böyük ruh yüksəkliyi və coşqu yaradıb. Hər kəs bu qürurlu günlərdə ordumuzun yanında olmağı, ona dəstəyini ifadə etməyi özünün müqəddəs borcu hesab edir.

Mtv.az xəbər verir ki, ölkəmizin ictimai həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndələri də bu müqəddəs çağırışa qoşularaq, mütəmadi olaraq əsgərlərimizi ziyarət edirlər.

İctimai Birliyin nümayəndələri görüşlər zamanı bildiriblər ki, əslində bu gün dünyanın ən qüdrətli ordularından olan Azərbaycan Ordusunun maddi-texniki baxımdan heç bir yardıma, köməyə ehtiyacı yoxdur. Xüsusi vurğulanıb ki, bu ziyarətlərdə məqsəd xalqın ordu ilə birlikdə olduğunu bir daha nümayiş etdirmək və xalqımızın tarixən orduya, əsgərə sovqat göndərmək ənənəsini yaşatmaqdır.

Görüşlər zamanı əsgərlərimiz yüksək əhval-ruhiyyədə olduqlarını bildiriblər, xalqdan gələn hər bir dəstəyin, onlara göndərilən adi bir sovqatın belə mənəvi cəhətdən böyük mənası olduğunu ifadə ediblər. Bildirilib ki, Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən yaxın zamanda işğal altında olan bütün torpaqlarımızı azad edəcək, əzəli yurdlarımızda şanlı Azərbaycan bayrağı dalğalanacaqdır.

 
 

87 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti