Sərdar Ortaç qumarda 120 min dollar uduzdu
Aktrisa ərinə yemək bişirmək üçün dərs alır
Əməkdar artistin yeni bığı bəyənilmədi
Aktrisa reklama çəkilir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Dağların əks-sədası” ansamblı qrant qazandı

02-09-2019


Dağıstan Respublikasın Xasavyurd şəhərində fəaliyyət göstərən “Dağların əks-sədası” xoreoqrafik-folklor ansamblı Rusiyanın millətlərarası “Mədəniyyət” layihəsi çərçivəsində keçirilən müsabiqədə, ölkədə azsaylı xalqların mədəniyyətini dirçəltmək üçün qrant qazanıb.

Mtv.az xəbər verir ki, bu sözləri ansamblın xoreoqrafı, Dağıstanın Əməkdar artisti Daudbek Həsənov deyib.

Hazırda ansambl Ümumrusiya yaradıcı həvəskarlar kollektivi festivalında verəcəyi qala-konsertə hazırlaşır.

“Dağıstanda çoxlu sayda millətlər yaşayır. Burada 112 dialekt və bir-birindən fərqli rayon və kəndlər var. Bizim kollektivin məqsədi azsaylı xalqların xoreoqrafiyasını bərpa etməkdir. 2 milyon rubl məbləğində qazandığımız qrant bizim üçün çox böyük bir dəstəkdir”, -deyə D.Həsənov bildirib.

Natiq həmçinin qeyd edib ki, indiyədək ölkədə yaşayan tsaxur və aqul xalqlarını ləzgilərlə bir tuturdular: "Halbuki bu, belə deyil. “Mədəni irsin böyük hissəsi unudulub. Buna baxmayaraq biz söylədiyim xalqların musiqisindən tutmuş geyimlərinədək bütün bunları bərpa etməliyik”.

Ansamblın bədii heyəti ucqar kəndlərə gedərək orada evlərdə saxlanılan köhnə geyim dəstlərini, musiqi alətlərini axtarıb tapır, bu xalqların unudulmuş melodiyalarını zümzümə edərək notlara köçürürlər.

86 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr


17 Noyabr