Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Azərbaycan aktyoru mükafata layiq görüldü

20-08-2019


Rusiyanın Kineşma şəhərində keçirilən Birinci Beynəlxalq kamera teatrları formatında “Ostrovski-FEST” festivalının tamaşalarına dörd mindən çox tamaşaçı baxıb.

Mtv.az xəbər verir ki, beş gün davam edən festivalda dünyanın yeddi ölkəsindən gəlmiş teatr kollektivləri 11 tamaşa təqdim ediblər. Festivalın proqramına artıq beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüş ən yaxşı quruluşlarda səhnə əsərləri daxil edilib.

Festivalın yekunlarına dair səsvermənin nəticələrinə görə, tamaşaçı rəğbəti mükafatı Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynova verilib. O, bu mükafata “Kontrabas” tamaşasına və A.Ostrovski adına Kineşma Dram Teatrında “Məhəbbət məktubları” səhnə əsərinin quruluşuna görə layiq görülüb.

Festivalın bağlanış mərasimində Rusiyanın Xalq artisti Evgeni Knyazevin ifasında A.Puşkinin “Qaratoxmaq qadın” monotamaşası göstərilib.

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15